Prezident: “Biz özümüzü müdafiə etməli idik”
Dövlətimizin başçısı deyib: “Sonra Paşinyan dedi ki, “Qarabağ Ermənistandır”. Bunu onun sələflərindən heç biri deməmişdi. Onların heç biri. Çünki bu, danışıqların sonu deməkdir. Çünki danışıqların mahiyyəti ərazini sülh yolu ilə, danışıqlar vasitəsilə Azərbaycana qaytarmaq və sonra Dağlıq Qarabağda azərbaycanlı və erməni icması arasında normal birgəyaşayışı təmin etməkdir. Çünki müharibədən əvvəl, Ermənistan bizim ərazilərimizi işğal etməzdən əvvəl, Dağlıq Qarabağ əhalisinin 25 faizi azərbaycanlılar idi. Lakin bu gün Dağlıq Qarabağla yanaşı, erməni əhalinin mövcud olmadığı, 700 mindən çox azərbaycanlının yaşadığı Dağlıq Qarabağ ətrafındakı yeddi rayon işğal altındadır. Onların hamısı didərgin düşüb, evlərinin hamısı dağıdılıb. Bütün tarixi abidələrimiz, o cümlədən məscidlərimiz erməni barbarları tərəfindən dağıdılıb və indi biz irəliləyişə yaxınlaşdığımız bir vaxtda, Ermənistan hökumətində dəyişiklik olur, siyasətlə heç bir əlaqəsi olmayan yeni insanlar, yeni komanda hakimiyyətə gəlir, bu destruktiv bəyanatları verir və addımları atır, bizə qarşı hərbi təcavüzə başlayır. Biz nə etməli idik? Biz özümüzü müdafiə etməli idik. Biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik”.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident