“Bu, mənim erməni xalqına sözümdür” - Prezident
“Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq. Biz çalışarıq. Bu, asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə deyərlər, mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinə deyəsi sözüm yoxdur. Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə, bizim qarşımızda üzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu, işləməyəcək. Onların hansı ərazini nə vaxt azad edəcəkləri ilə bağlı vaxt cədvəli - birinci gün, ikinci gün, üçüncü gün. Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və “Qarabağ Ermənistandır” deməklə azərbaycanlıların hissələrini təhqir etmiş Ermənistanın baş naziri üzr istəməli və deməlidir ki, “Qarabağ Ermənistan deyil”. Mənim sözüm budur”, - deyə dövlətimizin başçısı əlavə edib.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev