“Qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur” - MN

 “Qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur” -   MN
  05 Oktyabr 2020    Oxunub:2394
Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bununla əlaqədar bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur", - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Ordu   Qan   Ehtiyat  





Xəbər lenti