Misir mətbuatı Prezidentin xalqa müraciətindən sitatlar yaydı

Misir mətbuatı Prezidentin xalqa müraciətindən sitatlar yaydı
  05 Oktyabr 2020    Oxunub:1617
Misirin “Nile1” informasiya portalı və “Asiaelyoum” xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatları yayıblar.
AZƏRTAC-a istinadla yayılan xəbərlərdə qeyd olunur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev atəşkəs rejiminin bərpasının şərtlərindən danışarkən deyib: “Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu”.

Misir mətbuatı yazıb ki, Azərbaycanın dövlət başçısı müraciətini aşağıdakı sözlərlə tamamlayıb: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti