Gürcüstanda daha 578 nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha 578 nəfər koronavirusa yoluxdu
  05 Oktyabr 2020    Oxunub:1543
Gürcüstanda son sutka ərzində daha 578 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 8696-ya çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1759 pasiyent sağalıb, 52 nəfər dünyasını dəyişib. Hazırda karantində 5392, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronaviirus  





Xəbər lenti