Türkiyə telekanalları Prezidentin xalqa müraciətini yaydı

  Türkiyə telekanalları Prezidentin xalqa müraciətini yaydı
  05 Oktyabr 2020    Oxunub:2471
Prezident İlham Əliyevin oktyabrın 4-də Azərbaycan xalqına müraciəti Türkiyənin aparıcı telekanalları vasitəsilə tam formada yayılıb.
“TRT Haber”, “A Haber”, “Haber Global” və digər telekanalların birbaşa yaydığı müraciət Türkiyə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri dövlətimizin başçısının qələbə müjdəli açıqlamalarını, eləcə də Cəbrayıl rayonunun düşmən tapdağından azad olunması xəbərini, həmçinin təcavüzkar Ermənistan rəhbərliyinə xəbərdarlıq mesajlarını və işğalçı tərəfə ünvanlandığı şərtləri ayrı-ayrı başlıqlarla videoformat və mətin şəklində təqdim ediblər.

“İlham Əliyev atəşkəsin yaranması üçün Azərbaycanın şərtlərini açıqladı”, “Cəbrayıl işğaldan azad oldu”, “Azərbaycan Ordusundan möhtəşəm zəfər”, “Addım-addım zəfərə doğru” və sair sərlövhəli məlumatlar sürətlə Türkiyə mediasının baş xəbərinə çevrilib. Məlumatların yayılması və müraciətin təhlili ilə bağlı materiallar davam edir.

Məlumatlarla Anadolu Agentliyi, “TRT Haber”, “Haber Türk”, TGRT, “A Haber”, “Haber Global”, NTV, BENGÜ TV telekanallarının, habelə “Sabah”, “Yeni şəfəq”, “Aydınlıq”, “Təqvim” və digər nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti