Prezidentin köməkçisi: “Bu, barbarlıq və vandalizmdir”

 Prezidentin köməkçisi:  “Bu, barbarlıq və vandalizmdir”
  05 Oktyabr 2020    Oxunub:2919
Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

Hikmət Hacıyev qeyd edib ki, bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və panikada olduğunu göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti