Dağlıq ərazilərə qar yağacaq - Sabahın havası

 Dağlıq ərazilərə qar yağacaq -    Sabahın havası
  05 Oktyabr 2020    Oxunub:3347
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 21-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Oktyabrın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti olacaq.

Azvision.az


Teqlər: Hava   Qar  





Xəbər lenti