DTX Silahlı Qüvvələrə ianə ayırdı

DTX Silahlı Qüvvələrə ianə ayırdı
  05 Oktyabr 2020    Oxunub:1661
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində ianə ediblər.
DTX-nin ictimai əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

Azvision.az


Teqlər: DTX  





Xəbər lenti