“Təxribatlar Ermənistan rəhbərliyinin göstərişi ilə həyata keçirilir”

“Təxribatlar Ermənistan rəhbərliyinin göstərişi ilə həyata keçirilir”
  05 Oktyabr 2020    Oxunub:2048
Ermənistanın Azərbaycana qarşı təxribatlarını və hücumlarını pisləyirik. Azərbaycana qarşı təxribatlar birbaşa Ermənistan siyasi və hərbi rəhbərliyinin göstərişi ilə həyata keçirilir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir.

"Bu hadisəyə görə Ermənistanın və qondarma "respublikanın" rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ermənilər tərəfindən Azərbaycanda hədəfə alınan obyektlər arasında hərbi obyektlər yoxdur".

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti