“Biz onlardan hər cür təxribatı gözləyirik” - Prezidentin köməkçisi

 “Biz onlardan hər cür təxribatı gözləyirik” -  Prezidentin köməkçisi
  05 Oktyabr 2020    Oxunub:2372
"Biz Ermənistandan hər cür təxribatlar gözləyirik. Beynəlxalq aviareyslərlə bağlı artıq xəbərdarlıq edilib. Bununla əlaqədar AZAL artıq hava yolları tərəfdaşlarına məlumat verib".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, tərəfdaşlara xəbərdarlıq edilib ki, Azərbaycan hava yollarından istifadə edərkən müəyyən təhlükəsizlik təlimatlarına əməl etsinlər.

"Azərbaycanın hava məkanından beynəlxalq şirkətlər geniş istifadə edir. Ermənistan isə hava yollarımıza qarşı təxribatlar törədə bilər. Artıq biz onlardan hər cür təxribatı gözləyirik. Ona görə də həmin tərəfdaşlara məlumatlar vermişik".

Azvision.az


Teqlər: Hikmıt-Hacıyev   Prezidentinköməkçisi  





Xəbər lenti