DOST mərkəzlərinə 200 mininci vətəndaş müraciəti

DOST mərkəzlərinə 200 mininci vətəndaş müraciəti
  05 Oktyabr 2020    Oxunub:2566
Bu gün DOST mərkəzlərinə 200 000-ci vətəndaş müraciəti qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Bakının Səbail rayon sakini Cəmilə Səfərovanın 1 saylı Bakı DOST Mərkəzinə etdiyi müraciət əlilliyin bərpa olunması ilə bağlı olub. Müraciətə uyğun müvafiq tədbir görülüb və vətəndaş göstərilən xidmətdən məmnun qaldığını bildirib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov xidmətlərdən istifadə edən 200 000-ci vətəndaşa qurumun təşəkkürnaməsini təqdim edib. Vətəndaş Cəmilə Səfərova DOST xidmətlərindən razılıq edərək, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin may ayından Bakıda artıq 3 DOST mərkəzi yaradılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) DOST xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir.

Qarşıdakı dövrdə Bakıda və respubikamızın bölgələrində yeni DOST mərkəzlərinin açılması planlaşdırılır.





Azvision.az



Teqlər: DOST  





Xəbər lenti