Prezident: “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur”

  Prezident:  “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur”
  05 Oktyabr 2020    Oxunub:3090
Bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı öz hökumətini məsuliyyətə cəlb etməlidir. Öz hökumətinin yarıtmaz, çirkin siyasətinin nəticəsində bu döyüşlər baş verdi. Bizim mövqeyimiz dəyişməzdir. Torpaqlarımız azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində aparıcının “Qarabağ, işğal edilən torpaqlar yenidən Azərbaycana qaytarılandan sonra orada yaşayan ermənilərə nə deyəcəksiniz” sualına cavabında bildirib.

“Bu gün Azərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi, Gəncədə Ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biri də milliyyətcə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyən yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir. Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti iqtidara gələndə çox vədlər verdi. Biz də ümid edirdik ki, artıq o köhnə kriminal rejim tarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi, o rejim ki, artıq öz xalqını bəlaya saldı. O rejim ki, indi bizim mülki insanlarımızı, əsgərlərimizi öldürür. Mən tam əminəm ki, erməni və Azərbaycan xalqları barışacaq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Fon der Leyen Prezidentimizi təbrik edib

Dövlətimizin başçısı deyib: “Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni bizim heç bir problemimiz yox idi. Biz istəyirik ki, yenə də birlikdə yaşayaq. Yenə də Ermənistanla yaxşı qonşular kimi yaşayaq. Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə tanıyırıq. Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra bizim xalqlarımız barışacaq”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti