İlham Əliyev: “Olmazın yalanlarını, iftiralarını uydururlar”

      İlham Əliyev:    “Olmazın yalanlarını, iftiralarını uydururlar”
  05 Oktyabr 2020    Oxunub:2140
Azərbaycana qarşı qara təbliğat bir dəqiqə, bir saniyə dayanmır. Bunun bir neçə səbəbi var. Birincisi, erməni lobbisi bizə qarşı daim hərəkətdədir. Azərbaycanı qaralamaq, bizim üstümüzə ləkə atmaq, bizim imicimizi korlamaq səyləri dayanmır. Dünyanın bir çox ölkələrində erməni lobbiləri var. Müntəzəm olaraq mütəmadi qaydada bizə hücum edirlər. Olmazın yalanlarını, iftiralarını uydururlar. Bu münaqişə dönəmində təbii ki, erməni lobbisi bütün gücünü səfərbər edib və bizə qarşı yeni qara təbliğat səylərini ortaya qoyubdur. Ancaq bizə yapışmır.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.

Erməni lobbisinin qara təbliğatından danışan dövlətimizin başçısı deyib: “Mən demişəm, dəlil verin, sübut verin, fakt verin. O cümlədən Fransa prezidentinə, - o mənə telefonla iki dəfə zəng etmişdi, - dedim ki, fakt verin. Sentyabrın 27-dən artıq 8 gün keçir. Makron heç nə demir, deyir ki, bizdə kəşfiyyat məlumatı var. Dedim verin bizə, haradadır bu kəşfiyyat məlumatı? Yoxdur bu, ola da bilməz”.

Prezident İlham Əliyev qeyd edib ki, bizdə Dağlıq Qarabağa terrorçuların gətirilib yetişdirilməsi, onlara təlim keçilməsi barədə əvvəldən kəşfiyyat məlumatı vardı. Dövlətimizin başçısı bu sırada PKK terror qruplaşmasının adını çəkərək deyib: “Bu barədə çoxlu məlumatlar var idi. Hələ bir neçə il bundan öncə biz bu məsələni beynəlxalq platformalarda qaldırırdıq. Onlar təlim alır və istisna edilmir ki, bu gün də var. Sadəcə olaraq, mənim əlimdə yüzdəyüz fakt olandan sonra bunu deyəcəyəm. Bu gün ehtimal çox böyükdür. Amma Ermənistandan və bəzi başqa ölkələrdən fərqli olaraq biz yüz faiz təsdiqini tapmamış məlumatı ortaya atmırıq”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti