Düşmən deputatın ofisini atəşə tutdu - FOTO

  05 Oktyabr 2020    Oxunub : 2140
  Düşmən deputatın ofisini atəşə tutdu -  FOTO
Ermənistan ordusu Füzulinin deputatı Vüqar Bayramovun Horadizdə yerləşən ofisini atəşə tutub.

Azvision.az xəbər verir ki, bu barədə deputat "Facebook" hesabında məlumat paylaşıb.
Deputat erməni təxribatı nəticəsində ofisə ciddi ziyan dəydiyini bildirib.

“Atəşi nəticəsində binanın şüşələri sınıb və ofisə ciddi ziyan dəyib. Bu fakt bir daha təsdiq edir ki, eməni təxribatçıları beynəlxalq konvensiyaları pozmaqda davam edir və mülki vətəndaşları, əmlakları hədəfə alır. Bununla yanaşı, belə hallar əhali arasında əhval-ruhiyyəni azaltmır, əksinə vətəndaşlarımız Ali Baş Komandanın ətrafında sıx birləşərək orduya dəstəyi daha da artırırlar.

Yaxın zamanlarda ofisimizi Füzuli şəhərinə köçürəcəyik. Savaşdan sonra isə bu ofisimizi təmir edib erməni izini tamamən itirəcəyik. Füzuli şəhərində açılacaq ofisimizdə seçicilərimiz ilə görüşlərin keçirilməsinə az zaman qaldı. Qələbə bizimlədir!”.





Azvision.az

Teqlər: Deputat   Horadiz   Düşmən