Hərbi qulluqçulara ödənişsiz hüquq yardım göstəriləcək

Hərbi qulluqçulara ödənişsiz hüquq yardım göstəriləcək
  06 Oktyabr 2020    Oxunub:2084
Vəkillər Kollegiyası Rəyasət Heyətinin oktyabrın 5-də keçirilmiş iclasında son bir həftə ərzində cəbhə bölgəsində davam edən əməliyyatlar, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt olduğu məntəqələrin intensiv atəşə tutulması müzakirə olunub.
Vəkillər Kollegiyasından Azvision.az -a bildirilib ki, iclasda erməni təxribatı, dinc əhaliyə qarşı törədilən terror əməlləri və aparılan hərbi əməliyyatlar zamanı zərər çəkmiş bütün şəxslərə və hərbi qulluqçulara ödənişsiz hüquq yardım göstərilməsi və bu barədə vəkil qurumlarına məlumat verilməsi qərara alınıb.

Azvision.az


Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti