Nazir finlandiyalı həmkarına erməni təcavüzü barədə məlumat verdi

   Nazir finlandiyalı həmkarına erməni təcavüzü barədə məlumat verdi
  06 Oktyabr 2020    Oxunub:2012
Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Finlandiya Xarici Işlər naziri Pekka Haavisto arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, nazir Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Ceyhun Bayramov həmsöhbətinə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. O, qeyd edib ki, bölgədəki gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.

C.Bayramov Ermənistanın BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirməsinin zəruri olduğunu vurğuladı.

Azvision.az


Teqlər: XİN   Nazir   Ceyhun-Bayramov  





Xəbər lenti