Ermənistanın terror cəhdlərinin qarşısı alınıb

   Ermənistanın terror cəhdlərinin qarşısı alınıb
  06 Oktyabr 2020    Oxunub:3541
Ordumuzun qətiyyətli tədbirləri nəticəsində təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısı alınıb.
Bu barədə Azvision.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 05 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb, lakin Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.

Azvision.az


Teqlər: Prokurorluq   Düşmən   Terror  





Xəbər lenti