Ərdoğan NATO baş katibi ilə Qarabağı müzakirə edib

 Ərdoğan NATO baş katibi ilə Qarabağı müzakirə edib
  06 Oktyabr 2020    Oxunub:2823
NATO-nun müttəfiqləri Türkiyə ilə güclü həmrəylik nümayiş etdirməlidir.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə Ankarada keçirdiyi görüşdə bildirib.

Tərəflər Şərqi Aralıq dənizi, Suriya və Liviyadakı vəziyyəti, eləcə də regional problemləri müzakirə etdilər.

Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətə toxunan Ərdoğan BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinin Ermənistanı təcili olaraq işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyə çağırdığını xatırladıb.

Türkiyə Prezidenti Ankaranın NATO-nun Şərqi Aralıq dənizindəki Türkiyə və Yunanıstan hərbçiləri arasında riski azaltmaq və hadisələrin qarşısını almaq təşəbbüsünü dəstəklədiyini diqqətə çatdırıb.

Azvision.az


Teqlər: Ərdoğan   Qarabağ  





Xəbər lenti