Vəkillər Kollegiyasından Silahlı Qüvvələrə dəstək

Vəkillər Kollegiyasından Silahlı Qüvvələrə dəstək
  06 Oktyabr 2020    Oxunub:1664
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a bildirilib ki, iclasda çıxış edən sədr Anar Bağırov son bir həftədə cəbhə bölgəsində davam edən əməliyyatlar, o cümlədən, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına tarixi müraciəti barədə danışıb, tarixi Azərbaycan torpaqlarının erməni işğalından azad olunması münasibətilə iclas iştirakçılarını təbrik edib.

İclasda qeyd olunub ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt olduğu məntəqələrin intensiv atəşə tutulması beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusudur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Azərbaycan vəkilliyi hazırda davam edən Vətən müharibəsində dövlətimizə, ordumuza və xalqımıza hərtərəfli dəstək göstərməkdədir. Vəkillər Kollegiyasının üzvləri və vəkil qurumları tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım etməklə bağlı hər gün çoxsaylı müraciətlər daxil olmaqdadır.

İclasda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Vəkilliyi adından Vəkillər Kollegiyasının büdcəsindən Silahlı Qüvvələrinə Yardım Fonduna 150 min manat köçürülməsi qərara alınıb.

Azvision.az


Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti