Prezidentin bəyanatları və müsahibələri Misir KİV-lərində

Prezidentin bəyanatları və müsahibələri Misir KİV-lərində
  06 Oktyabr 2020    Oxunub:1759
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aljazeera”, “Əl-Ərəbiyə” televiziya kanallarına müsahibələri, həmçinin dövlətimizin başçısının xalqa müraciəti Misir KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
Azvision.az -ın məlumatına görə, Misirin “Almasryalyoum”, “Akhbarelyom”, “Aldiplomasy”, “Alwasela”, “Egyptonline” və “Nile1” informasiya portalları AZƏRTAC-a istinadla “Prezident İlham Əliyev: Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik” və “Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü bərpa edəcəyik!” sərlövhəli xəbərlər yayıblar.

“Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkr Əl- Məcd isə “Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və biz haqq yolundayıq” sərlövhəli məqalə yazıb.

Misirin “Rayetmısr” informasiya portalı da Azərbaycan Prezidentinin müsahibələri və xalqa müraciətindən sitatları yayıb.

Bundan başqa, “Almasryalyoum” portalı Misirdəki Azərbaycan diasporunun sədri Seymur Nəsirovun Ermənistanın hərbi təxribatları haqqında bəyanatını yerləşdirib.

Azvision.az


Teqlər: Prezident   Misir   KİV  





Xəbər lenti