Qırğızıstanda kütləvi etirazlar: Atambayev həbsdən azad edildi - VİDEO

 Qırğızıstanda kütləvi etirazlar:  Atambayev həbsdən azad edildi -  VİDEO
  06 Oktyabr 2020    Oxunub:2533
Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayanların etirazları davam edir.
Azvision.az xəbər verir ki, etirazçılar dövlət administrasiyasının yerləşdiyi parlament binasını ələ keçiriblər.

Onlar paytaxtdakı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) İstintaq Təcridxanasının binasına girərək orada həbsdə olan keçmiş prezident Almazbek Atambayevi sərbəst buraxıblar.

Etirazçılar bunun üçün təcridxananın qapılarını sındırıblar. Xüsusi təyinatlılar Atambayevin və onun tərəfdarlarının sərbəst buraxılmasını tələb edən etirazçılara qoşulublar.




Xatırladaq ki, A.Atambayev 2019-cu ilin avqustunda tutulub və o vaxtdan bəri MTDK-nin İstintaq Təcridxanasında saxlanılırdı. Ona qarşı korrupsiya və kütləvi iğtişaşların təşkili kimi bir sıra ittihamlar irəli sürülmüşdü. A.Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

Bazar ertəsi Bişkekin mərkəzində ölkə parlamentinə keçməyən partiyaların tərəfdarlarının etirazları başlayıb. Bunlardan biri keçmiş prezident Almazbek Atambayevin oğlu Seyitbek Atambayevin rəhbərlik etdiyi Qırğızıstan Sosial Demokrat partiyasıdır. Etirazçılar seçki nəticələrinin ləğv edilməsini və təkrar səsvermənin keçirilməsini tələb edirlər.

Axşam saatlarında etirazçılarla təhlükəsizlik işçiləri arasında qarşıdurmalar baş verib. Nəticədə Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 590 nəfər yaralanıb, biri həlak olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti