Əfqanıstan parlamentindən Azərbaycana mühüm dəstək - FOTO

 Əfqanıstan parlamentindən Azərbaycana mühüm dəstək -  FOTO
  06 Oktyabr 2020    Oxunub:2546
Əfqanıstanbın Milli Məclisi Ermənistanın Azərbaycana qarşı hücumlarını pisləyən bəyanat qəbul edib.
Azvision.az xəbər verir ki, bəyanatda beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli olduğu vurğulanıb.

"Əfqanıstan bütün dünyada savaşlara qarşıdır və Ermənistanın Xocalıda törətdiyi soyqırımı, Qarabağdakı hazırkı qarşıdurmada azərbaycanlı mülki şəxslərə qarşı insanlıq əleyhinə cinayətləri şiddətlə qınayır. Biz həlak olanların ailələrinə başsağlığı veririk və bu hərəkəti tördənlərin cəzalanmasına üçün hərəkətə keçməyə çağırırıq.

Əfqanıstan parlamenti 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsini tələb edir.

Əfqanıstan Milli Məclisi bu məsələdə Azərbaycanın yanındadır".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Milli-Məclis  





Xəbər lenti