“Qarabağ Azərbaycana qaytarılmalıdır” - Əli Əkbər Vilayəti

 “Qarabağ Azərbaycana qaytarılmalıdır” -  Əli Əkbər Vilayəti
  06 Oktyabr 2020    Oxunub:4060
Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır.
Azvision.az xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamneyinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Onun sözlərinə görə, BMT-nin Dağalıq Qarabağın işğaldan azad edilməsi haqqında 4 qətnaməsi var. İran da BMT-nin üzvü kimi bu qərarların yerinə yetirilməsini istəyir.

Ə.Vilayəti diqqətə çatdırıb ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıtmalıdırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Qarabağ  





Xəbər lenti