“Ermənistan ordusu ya Qarabağdan çıxacaq, ya da əziləcək” - Dövlət Baxçalı

 “Ermənistan ordusu ya Qarabağdan çıxacaq, ya da əziləcək” -  Dövlət Baxçalı
  06 Oktyabr 2020    Oxunub:3866
Ermənistan qatil dövlətdir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

"Türkiyə olaraq canımız və qanımızla Azərbaycanın yanındayıq. Ermənistan Azərbaycana qarşı hərbi cinayətlər törətməkdədir. Ermənistan işğal etdiyi torpaqları dərhal tərk etməlidir", - deyə MHP lideri bildirib.

Baxçalı hesab edir ki, bu mərhələdə Ermənistan-Azərbaycan münaqişəsinin atəşkəs, dialoq, danışıqlar, diplomatiya və digər yollarla həlli təklifləri tələdir.

"Düşmənin belini qırmadan, hərbi uğurun siyasi etirafı olmadan, qurulacaq hər masa güzəştdir. Ermənistan silahlı dəstələri ya Qarabağdan çəkiləcək, ya da əziləcəklər".

Onun sözlərinə görə, münaqişəni həll etmək üçün yeganə yol Ermənistanın heç bir bəhanə olmadan işğal altındakı Azərbaycan ərazilərindən çıxması, Dağlıq Qarabağa Azərbaycan bayrağını sancmaqla suverenliyini təsdiqləməkdir: "Başqa çarə yoxdur, başqa variant yoxdur, başqa həll yolu yoxdur".

Azvision.az


Teqlər: MHP  





Xəbər lenti