Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

   Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
  06 Oktyabr 2020    Oxunub:2317
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edildi.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Təhsilhaqqı   Dövlət   Büdcə   Ödəniş  





Xəbər lenti