“Paşinyan danışıqlar prosesinə ağır zərbələr vurdu” - Ceyhun Bayramov

“Paşinyan danışıqlar prosesinə ağır zərbələr vurdu” -  Ceyhun Bayramov
  06 Oktyabr 2020    Oxunub:2955
27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları başlayıb. Həm mülki, həm hərbçilərimiz arasında itkilərimiz olub. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq əks-həmlə tədbilərinə başlayıb. Biz qardaş Türkiyənin bütün səviyyələrdə hərtərfli dəstəyini, həmrəlyliyini gördük".
Azvision.az xəbər xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, problemin kökündə münaqişənin 30 ilə yaxındır ki, həll olunmaması dayanır: "Ermənistan 2018-ci ildə danışıqlar prosesində fərqli gündəm yaratdı. Hakimiyyətə gələn Nikol Paşinyan tərəfindən danışıqlar prosesinə çoxsaylı ağır zərbələr vuruldu və danışıqlar prosesi mənasız formaya gəldi".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CeyhunBayramov   Nazir  





Xəbər lenti