“Bütün dünyaya demək istəyirəm ki, Qarabağ Azərbaycanındır” - Çavuşoğlu

 “Bütün dünyaya demək istəyirəm ki, Qarabağ Azərbaycanındır” -  Çavuşoğlu
  06 Oktyabr 2020    Oxunub:5207
Bu gün Ermənistanın hərəkətlərinə qarşı Türkiyə dövlətinin və xalqının Azərbaycan xalqına dəstəyini göstərmək üçün buradayam. Prezident Ərdoğan və xalqımızın salamlarını gətirdim.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz daim Azərbaycan xalqının yanında olacağıq. Bütün dünyaya güclü şəkildə söyləmək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanındır. Qarabağ və digər torpaqlar bu günə kimi azad olunmadı. Beynəlxalq birliyin tutarlı addımı olmadı. BMT Təhlükəsizlik Şurasının qərarları yerinə yetirilmədi. Ermənistanın mülki əhaliyə hucumu insanlıq cinayətidir. Cenevrə Konvensiyalarına ziddir. Bu, həm də Ermənistanın çarəsizliyinin göstəricisidir".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Mövlud-Çavuşoğlu   Qarabağ   Türkiyə  





Xəbər lenti