Ermənilər MN-nin adına saxta “Tvitter” hesabı açdı

Ermənilər MN-nin adına saxta “Tvitter” hesabı açdı
  06 Oktyabr 2020    Oxunub:3644
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:

https://twitter.com/wwwmodgovaz ", deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: MN  





Xəbər lenti