Latviya mətbuatı: Qarabağ Azərbaycan ərazisidir

   Latviya mətbuatı:    Qarabağ Azərbaycan ərazisidir
  06 Oktyabr 2020    Oxunub:2696
Latviyanın www.bb.lv xəbər portalında “Qarabağ odda” başlıqlı məqalə dərc edilib.
Azvision.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə qısa ekskurs edilib və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğuna diqqət çəkilib.

Həmçinin məqalədə Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyona yaxın soydaşımızın Ermənistan və Dağlıq Qarabağdan qaçqın və məcburi köçkün düşdüyü, sülh danışıqları prosesinin bir nəticə vermədiyi, qondarma “dqr”in beynəlxalq səviyyədə tanınmadığı, münaqişəyə dair BMT TŞ-nin müvafiq qətnamələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, habelə Nikol Paşinyanın Yerevanda hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesinin çıxılmaz vəziyyətə düşdüyü kimi məqamlar yer alıb.

Azvision.az


Teqlər: Latviya   Qarabağ  





Xəbər lenti