“83 milyonluq xalq olaraq ürəyimiz Azərbaycanladır” - Kılıçdaroğlu

 “83 milyonluq xalq olaraq ürəyimiz Azərbaycanladır” -  Kılıçdaroğlu
  07 Oktyabr 2020    Oxunub:13505
Azərbaycan torpaqları beynəlxalq hüquqa zidd olaraq işğal edilib. 30 ildir işğalın nə zaman bitəcəyini gözləyir. Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir.
Azvision.az xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu rəhbərlik etdiyi partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan deputatlarının qrup toplantısında deyib.

"Azərbaycan rəhbərliyinin işğala daha dözümü qalmayıb. İndi bir qarşıdurma var. Bu münaqişədə ürəyimiz 83 milyonluq xalq olaraq Azərbaycanın yanındadır. Onları sevirik, haqsızlığa qarşıyıq. Əgər o haqlıdırsa, onun haqlılığını dəstəkləməliyik".

K. Kılıçdaroğlu Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına diqqət çəkib:

"Cənab Əliyev onsuz da bu mövzuda çox aydın və başa düşülən bir mesaj verdi. Bildirdi ki, işğal altındakı torpaqlarımızdan çəkilin və üzr istəyin ki, problem bitsin. Qeyd etdi ki, bizim erməni xalqı ilə problemimiz yoxdur, erməni rəhbərliyi ilə problemimiz var. Bu səbəbdən problem tamamilə Ermənistan rəhbərliyindən qaynaqlanır. Yeri gəlmişkən, mülki insanları hədəf almaq çox ağrılı bir hadisədir. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bu mövzuda lazımı həssaslığı göstərəcəklər".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   Qardaş  





Xəbər lenti