Paşinyanın müşaviri Ermənistanın mülki əhalini hədəf aldığını etiraf etdi

Paşinyanın müşaviri Ermənistanın mülki əhalini hədəf aldığını etiraf etdi
  07 Oktyabr 2020    Oxunub:18033
Ermənistanın keçmiş müdafiə naziri, hazırkı baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyan açıq şəkildə etiraf edib ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın dinc əhalisini atəşə tutur.
“İndi biz topçuları vurmaq taktikasını hazırlayırıq. Gələcəkdə çaxnaşmaya səbəb olmaq üçün dinc yaşayış məntəqələrinə zərbə vuracağıq", - deyə Vaqarşak Arutyunyan "Rusiya 1" telekanalında yayımlanan "Vesti" verilişinə müsahibəsində bildirib.

Rusiyalı jurnalistlər Paşinyanın müşavirinin açıq şəkildə müharibə cinayətlərini etiraf etdiyini anlayaraq, çıxışı qəfildən kəsib və bunun əvəzində xeyriyyə konsertindən kadrları efirə veriblər.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti