Ermənilərin Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alındı

Ermənilərin Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alındı
  07 Oktyabr 2020    Oxunub:5730
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   Ermənistan   Terror  





Xəbər lenti