“Ermənistanın BTC kəmərinə hücum cəhdləri boşa çıxıb” - Hikmət Hacıyev

“Ermənistanın BTC kəmərinə hücum cəhdləri boşa çıxıb” -  Hikmət Hacıyev
  07 Oktyabr 2020    Oxunub:5175
Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.
Azvision.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“300+ kaset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, - deyə H.Hacıyev vurğulayıb.







Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti