Moskva və Tehran Qarabağdakı gərginlikdən narahatdır

Moskva və Tehran Qarabağdakı gərginlikdən narahatdır
  07 Oktyabr 2020    Oxunub:2100
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Moskva və Tehranın Dağlıq Qarabağ münaqişəsi zonasında görünməmiş miqyasda eskalasiyadan ciddi narahatlıqları ifadə olunub. Suriya və Liviyadan qanunsuz silahlı qruplaşmaların münaqişəyə cəlb edilməsi təhlükəsi vurğulanıb”, - deyə nazirlikdən bildirilib.

Bundan əlavə, Lavrov Rusiyanın həm milli potensialda, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyü çərçivəsində regionda sülhün tezliklə bərqərar olması üçün intensiv səylərini qeyd edib.

Azvision.az


Teqlər: Lavrov   Zərif  





Xəbər lenti