Erməni bölmələri bir-birinə atəş açıb: Ölən və yaralılar var

 Erməni bölmələri bir-birinə atəş açıb:    Ölən və yaralılar var
  07 Oktyabr 2020    Oxunub:4485
Əldə olunan məlumata əsasən, düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var", - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Düşmən   Qarabağ  





Xəbər lenti