“Ermənistan Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi” - Hikmət Hacıyev

“Ermənistan Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi” -  Hikmət Hacıyev
  07 Oktyabr 2020    Oxunub:3973
Təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın vacib enerji infrastrukturunu / Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter” hesabında yazıb.

H.Hacıyev qeyd edib ki, Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti