“Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir” - MN

   “Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir” -    MN
  07 Oktyabr 2020    Oxunub:4214
Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Ordu   Döyüş   Cəbrayıl  





Xəbər lenti