“Bu dəqiqə cəbhəyə getməyə hazıram” - Hikmət baba (FOTO)

“Bu dəqiqə cəbhəyə getməyə hazıram” -  Hikmət baba (FOTO)
  07 Oktyabr 2020    Oxunub:3309
"Şəkinin Baş Küngüt kəndidir. Ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət babanın kəndi...".
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Facebook" paylaşımında bildirib.

"ƏƏSMN əməkdaşları olaraq səhər tezdən həm təşəkkürümüzü bildirmək, həm səlahiyyətlərimiz çərçivəsində biz də ona olan bu mənəvi borcu ödəmək üçün kəndə gəldik. Hikmət baba deyir ki, əsgərlərə canım qurban! O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Deyir, özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram. Sizinlə fəxr edirik, Hikmət dayı! Tanrı Azərbaycanı qorusun! Sizin kimi insanların vətənini!", - deyə nazirlik rəsmisi qeyd edib.





Azvision.az


Teqlər: Fazil-Talıblı   ƏƏSMN   Şəki  





Xəbər lenti