Britaniyada Ermənistanın hərbi təcavüzünü pisləyən qətnamə qəbul oluna bilər

Britaniyada Ermənistanın hərbi təcavüzünü pisləyən qətnamə qəbul oluna bilər
  07 Oktyabr 2020    Oxunub:2313
Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekman Britaniya hökumətini 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna görə Ermənistanı pisləməyə çağıran qətnamənin qəbul olunmasını təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Parlamentinin saytında məlumat yer alıb.

Qətnamədə Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan və hər gün böyüyən, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi bölgə üzərində qanunsuz hərbi nəzarətindən qaynaqlanmış münaqişəni daha da kəskinləşdirən təcavüz aktı qeyd edilib:

“Nümayəndələr Palatası Böyük Britaniya hökumətini Ermənistanı 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvvələri, mülki şəxslərinin mövqelərinə intensiv hücumda iriçaplı silah, minaatan və artilleriya silahlarından istifadə etdiyinə görə pisləməyə və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır”.

Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti