“Hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır” - Putin

 “Hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır” -  Putin
  07 Oktyabr 2020    Oxunub:3620
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, müqavilə çərçivəsində bizim müəyyən öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar Ermənistanın ərazisində aparılmır.
Azvision.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

“Çox təəssüf ki, hərbi əməliyyatlar hələ də davam edir və əməliyyatlar Ermənistan ərazisində aparılmır. Rusiyanın müqavilə öhdəliklərini yerinə yetirməsinə gəlincə, saziş çərçivəsində öhdəliklərimizi hər zaman yerinə yetirmişik, yetirməkdə davam etdirəcəyik", - deyə Putin qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Rusiya  





Xəbər lenti