Putin Qarabağdakı döyüşlərdən danışdı: “Biz çox narahatıq”

Putin Qarabağdakı döyüşlərdən danışdı:  “Biz çox narahatıq”
  07 Oktyabr 2020    Oxunub:2854
Rusiya Prezidenti Vladimir Putin yaxın zamanda Dağlıq Qarabağdakı münaqişəyə son qoyulacağına ümid edir.
Azvision.az xəbər verir ki, bu barədə Putin “Rossiya 24” kanalına müsahibəsində bildirib.

"İnsanlar ölür, hər iki tərəfdə itkilər var və ümid edirik ki, bu qarşıdurmaya çox yaxın zamanda son qoyulacaq. Biz ən qısa müddətdə Dağlıq Qarabağda atəşkəsə çağırırıq", - deyən Putin Qarabağdakı hadisələrin bir faciə olduğunu, Rusiyada çox narahatlıq yaratdığını vurğulayıb.

"Bu, bir faciədir. Biz çox narahatıq, çünki Azərbaycan və Ermənistanda bizə yad olmayan insanlar yaşayır.

Bundan əlavə, Putin Rusiyada təxminən iki milyon azərbaycanlının və iki milyondan çox erməninin yaşadığını qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Qarabağ  





Xəbər lenti