“Bizim tərəfimizdə muzdlular yoxdur və ola bilməz” - General

 “Bizim tərəfimizdə muzdlular yoxdur və ola bilməz” -  General
  07 Oktyabr 2020    Oxunub:3594
Suriya və Livandan gələn muzdlular Ermənistan tərəfindən döyüşür.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib.

"Azərbaycan Ordusu kifayət qədər yaxşı hazırlanıb və say tərkibinə görə heç bir çətinlik yaşamır. Peşəkar Ordumuz var. Biz üzərimizə qoyulan vəzifələri uğurla yerinə yetiririk. Bizim tərəfimizdə muzdlular yoxdur və ola bilməz”, - deyə Nazirlik rəsmisi əlavə edib.

Onun sözlərinə görə, muzdular digər tərəfdə mövcuddur, Suriya və Livandan döyüşçülərin olduğunu ermənilər özləri etiraf edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MüdafiəNazirliyi  





Xəbər lenti