"Döyüşlər dayanmalıdır" - Aİ-nin ali nümayəndəsi

 "Döyüşlər dayanmalıdır" -  Aİ-nin ali nümayəndəsi
  07 Oktyabr 2020    Oxunub:2781
Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyət son dərəcə narahatlıq doğurur.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsilik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin iclasında deyib.

“Bizim mövqeyimiz aydındır, döyüşlər dayanmalıdır. Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara yenidən başlamalıdırlar.

Avropa İttifaqı hərbi əməliyyatların dayandırılmasına kömək etmək üçün çalışmaqda davam edəcək.
Münaqişənin hərbi həll yolu və xarici müdaxilə ola bilməz".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı  





Xəbər lenti