ASAN könüllülərindən İsranura hədiyyə - VİDEO

ASAN könüllülərindən İsranura hədiyyə -    VİDEO
  07 Oktyabr 2020    Oxunub:2504
Türkiyənin Van şəhərinin 12 yaşlı sakini İsranur Ermənistanın işğalçı təcavüzündən sonra Azərbaycana dəstək olmaq istəyini ailəsinə bildirib.
Azvision.az xəbər verir ki, İsranur ölkəmizə olan sevgisini ifadə edən məktub yazıb və planşet almaq üçün yığdığı 36 lirəni Azərbayacana göndərib.

Türkiyə mətbuatında geniş yayılmış bu xəbər ASAN könüllülərinin diqqətindən yayınmayıb. Belə ki, onlar qardaş ölkədən olan İsranurun qayğıkeş addımına cavab olaraq dərslərini daha rahat oxumaları üçün ona və bacı-qardaşlarına 2 noutbuk alıb və ürək sözlərini ifadə edən məktub yazıblar.



Azvision.az


Teqlər: ASAN-könüllüləri   İsranur   Hədiyyə  





Xəbər lenti