“Həmsədr ölkələrin bütün çağırışları havada qalır” - İlham Əliyev

 “Həmsədr ölkələrin bütün çağırışları havada qalır” -    İlham Əliyev
  07 Oktyabr 2020    Oxunub:2086
Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş dörd qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində səsləndirib.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri qəbul etməsindən 27 il keçdiyini xatırladan dövlətimizin başçısı deyib: “Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən kimi, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti