Prezident: “Bizim muzdlulara ehtiyacımız yoxdur”
Fəal döyüş əməliyyatlarının keçirildiyi on gün ərzində muzdluların iştirakına dair Azərbaycan tərəfinə heç bir sübut təqdim edilmədiyini bildirən Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib”.
Azvision.az
Teqlər: