Niderlandda ermənipərəst partiyaların qətnamə istəyi puça çıxdı

 Niderlandda ermənipərəst partiyaların qətnamə istəyi puça çıxdı
  08 Oktyabr 2020    Oxunub:2697
Oktyabrın 7-də Niderland Parlamentinin antimiqrant, antimüsəlman və antitürk mövqeyində olan və Ermənistan maraqlarını dəstəkləyən 2 partiya tərəfindən (“Xristian Demokratik Çağırış” partiyasının nümayəndəsi Martin van Helvert və “Xristian İttifaqı” partiyasının nümayəndəsi Joel Voordevind) Azərbaycanın işğal olunmuş ərazilərində gedən son hərbi əməliyyatlar ilə əlaqədar ölkəmizin əleyhinə qətnamələrin qəbulu təşəbbüsü ilə çıxış ediblər.
İrəli sürülmüş layihədə Azərbaycanın dövlət və hökumət rəhbərliyi, Niderland-Azərbaycan iqtisadi əməkdaşlıq əleyhinə sanksiyanın tətbiqi, o cümlədən Azərbaycana guya Yaxın Şərq ölkələrindən gəlmiş döyüşçülərin iştirakı ilə bağlı araşdırmanın aparılması və Azərbaycan tərəfindən atəşkəsin bərpa edilməsi tələbi ilə çıxış edən deputatların təklifləri yer almışdır.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi tərəfindən milliyyətçi və irqçi mövqeyi ilə seçilən bu kimi deputatlara etiraz məktubları göndərilib və Azərbaycanın 30 ilə yaxın təcavüzə məruz qaldığı bildirilib. Eyni zamanda, Azərbaycan icması vasitəsilə parlamentə qarşı etiraz kampaniyası təşkil edilib. Nəticə olaraq, qəbul olunmuş ümumi qətnamədə Azərbaycanın əleyhinə hər hansı bir sanksiya tətbiq edilməyib.

Əlavə olaraq bu kimi qətnamələrin qəbul edilməməsində əslən türkiyəli Niderland vətəndaşı, “Denk” partiyasından olan deputat Tunahan Kuzunun xüsusi rolu olub. Belə ki, parlamentdə haqlı və ədalətli mövqe tutan T.Kuzu Ermənistanın Azərbaycanın ərazisini işğal etdiyini və bu barədə BMT TŞ-nin 4 qətnaməsinin olduğunu bildirib, Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edib və bu mövqe parlamentin son qərarına öz töhfəsini verib.

Azvision.az


Teqlər: Niderland  





Xəbər lenti