Ermənistana məxsus PUA məhv edilib

  Ermənistana məxsus PUA məhv edilib
  08 Oktyabr 2020    Oxunub:3877
Oktyabrın 7-si saat 22:00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

Azvision.az


Teqlər: PUA  





Xəbər lenti