Cəbhəboyu ərazilərdə raket və top mərmiləri aşkarlandı - FOTOLAR

Cəbhəboyu ərazilərdə raket və top mərmiləri aşkarlandı -    FOTOLAR
  08 Oktyabr 2020    Oxunub:3594
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Şəmkir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki) müraciət daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Baharlı, Xındırıstan kəndləri, Ağcabədi rayonunun Qiyaməddinli, Muğanlı, Ağgöl, Böyük Kəhrizli kəndləri və Xan Şuşinski küçəsi, Bərdə rayonunun Şahvəlilər kəndi, Beyləqan rayonunun Şitilçilik qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, Füzuli rayonunun Alıxanlı, Aşağı Mollaməhərrəmli kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qızılhacılı, Tapqaraqoyunlu kəndləri, Şəmkir rayonunun Sabirkənd kəndi, Tərtər rayonunun Borsunlu kəndi və Şəxarx qəsəbəsi, Gəncə şəhəri Hərbi şəhərci, B.Əliyev və Ə.Əliyev küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd raketin təzyiq akkumulyator (9D180) (cəmi: 5 ədəd), 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 6 ədəd partlamış mərmi qalıqları aşkar olunub.



Həmçinin agentliyin partlayış qrupu tərəfindən 56 ədəd 9M525 bombacıqları partlayış yolu ilə zərərsizləşdirib. Ümumilikdə agentlik tərəfindən sentyabrın 27–dən oktyabrın 7-dək 339 siqnal (əməliyyat çağırışı) əsasında 313 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 73 ədəd partlamamış hərbi sursat (PHS), 598 ədəd bombacıq, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 2 ədəd kamikadze dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 100 ədəd partlamış raket hissələri aşkar olunub.











Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti